Dünya

“Sarpi” keçid məntəqəsi bağlanır

13 Noyabr 2018 12:30
0 Şərh     Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan ilə Türkiyə arasındakı "Sarpi" sərhəd-keçid məntəqəsi noyabrın 13-dən 15-dək fasilələrlə işləyəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd-keçid məntəqəsində fasilənin yaranması Türkiyə tərəfində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Qeyd edilən tarixlərdə hər gün saat 12:00-dan 15:00-dək sərhəd-keçid məntəqəsində iş tam dayandırılacaq. Məhdudiyyət həm piyada, həm də avtomobil keçidlərində tətbiq olunacaq.

Sərhəd-keçid məntəqəsi təmir işləri başa çatandan sonra tam fəaliyyətə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.