Dünya

Tramp dünyanı təhdid etdi: Ya pulu ödəyin, ya da…

12 Noyabr 2018 20:28
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya liderləri ilə keçirilən toplantılarda bir çox uğur əldə etdiyim Fransadan yeni qayıtdım. ABŞ-a həm hərbi, həm də ticarət baxımından ədalətli davranılmadığı həqiqətini ortaya çıxarmaq asan olmadı.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa səfəri barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Digər ölkələrə hərbi müdafiə üçün çox böyük ödəmələr, yüz milyardlarla dollar pul veririk. Bu vəziyyətin davam edə bilməyəcəyini söylədim. Bu vəziyyət həmişə qəribə şəkildə ABŞ-ın əleyhinə olub. Külli miqdarda vəsait digər ölkələrin qorunması üçün xərcləndi və qarşılığında heç nə almadıq. Üstəlik ticarət kəsrimiz oldu və itkilər verdik. Çox zəngin ölkələrin ABŞ-a hərbi müdafiə üçün pul ödəməsi ya özlərini qoruması üçün vaxt gəldi. Ticarət sərbəst və ədalətli şəkildə aparılmalıdır", - Tramp bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.