Dünya

ABŞ-ın pilotsuz təyyarələri ölüm saçır - 2 mindən çox mülki şəxs...

12 Noyabr 2018 20:12
0 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın pilotsuz uçan təyyarələr vasitəsilə 2004-cü ildən bu günə kimi Pakistanda həyata keçirdiyi hərbi əməliyyatlarda 2 min 714 mülki şəxs həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pakistanın Beynəlxalq Terrorçuluqla Mübarizə Təşkilatının hazırladığı hesabatda bildirilir ki, ən şiddətli əməliyyatlar 2008-2012-ci illərdə həyata keçirilib. Bu illər ərzində 336 dəfə pilotsuz təyyarələrin bombardmanı nəticəsində 2 min 282 mülki insan ölüb, 658 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti ömürlük şikəst qalıb.

Ölkənin Bajaur, Bannu, Hangu, Haybər, Cənubi və Şimali Vəziristan vilayətlərində əhalinin sıx yaşaması burada keçirilən hərbi əməliyyatlarda mülki əhali arasında ölüm hallarının daha çox olması ilə nəticələnib, infrastruktura, şəxsi təsərrüfatlara böyük maddi ziyan dəyib.

Dövlət və şəxsi təsərrüfatlara dəyən ziyanın və insan itkisinin getdikcə artdığını görən Pakistan hökuməti ABŞ-dan əməliyyatların dayandırılmasını tələb edib. ABŞ 2012-ci ildən etibarən pilotsuz uçan təyyarələrlə hərbi əməliyyatları dayandırıb.

Qeyd etmək lazımdır ki, məhz bu əməliyyatların birində "Taliban" hərəkatının liderlərindən biri olan Molla Əxtər Mənsur qətlə yetirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.