Dünya

ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək

12 Noyabr 2018 19:48
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində hərbi aerodrom inşa edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu məsələ ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun Gürcüstanın baş naziri Mamuka Baxtadze və müdafiə naziri Levan İzoria ilə Tbilisidə keçirdiyi görüşlərdə müzakirə olunub.

Görüşlərdə bildirilib ki, hərbi aerodromun tikintisi Gürcüstana regionda sabitliyin qarantı olacaq NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etməyə imkan verəcək.

Tərəflər həmçinin ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri və həyata keçirilən birgə layihələri də nəzərdən keçiriblər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.