Dünya

Sarkisyan seçkilərlə bağlı QƏRAR VERDİ

11 Noyabr 2018 23:16
0 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Respublika Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda ölkənin keçmiş müdafiə naziri, partiya üzvü Vigen Sarkisyan jurnalistlərə bildirib.

"Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edilib", - o, partiya rəhbərliyinin keçirdiyi toplantıdan sonra deyib.

O əlavə edib ki, partiya hazırda transformasiya mərhələsindədir və müxalifət partiyası kimi öz təcrübəsindən istifadə etməyə hazırdır.

"Bizdə qısa müddətə seçkilərə hazırlaşmaq imkanları var", - Sarkisyan qeyd edib.

Qeyd edək ki, Pespublika Partiyasına keçmiş prezident və baş nazir Serj Sarkisyan rəhbərlik edir. Ölkədə növbədənkənar parlament seçkiləri isə dekabrın 9-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.