Dünya

Tramp Makronun “Avropa ordusu” ideyasına qəzəbləndi: “NATO-ya borcunuzu ödəyin”

11 Noyabr 2018 15:29
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun "ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunu qurması lazımdır" sözlərinə sərt təpki göstərib.

Xatırladaq ki, Makron bununla bağlı fikirlərini noyabrın 6-da "Europe 1" radiostansiyasına ifadə edib.

Fransa prezidentinin sözlərinə görə, əgər ABŞ, həqiqətən, Orta və Kiçik Mənzilli Raketlərin (OKMR) ləğvi haqqında sazişi pozsa, Avropa əsas qurbana çevriləcək. Bu səbəbdən də "qoca qitə" təhlükəsizlik məsələsində müstəqil davranmağa, yəni öz ordusunu yaratmağa məcburdur.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Donald Tramp fransalı həmkarının sözlərini olduqca təhqiramiz hesab etdiyini bildirib.

Birinci dünya müharibəsini bitirən sülh müqaviləsinin 100 illiyi münasibətilə Fransaya gedən ABŞ prezidenti öz tvitter hesabında qonaq olduğu ölkənin dövlət başçısını hədəfə alıb.

"Bəlkə Avropa ABŞ-ın böyük ölçüdə maliyyə dəstəyi verdiyi NATO-ya borcunu ödəsin", - Donald Tramp qəzəbini ifadə edib.

Qeyd olunur ki, Tramp getdiyi hər yerdə Şimali Atlantika Alyansı üzrə müttəfiqlərinin öz ÜDM-lərinin 2%-ni NATO büdcəsinə ayırmaları gərəkdiyini söyləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.