Dünya

İndoneziyada sürüşmə: 7 nəfər ölüb

11 Noyabr 2018 12:14
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 İndoneziyanın Şimali Sumatraəyalətində sürüşmə nəticəsində 7 nəfər həyatını itirib.

Milli.Az bildirir ki, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinin rəhbərinə istinadən "Sinhua" məlumat yayıb.

Bildirilir ki, sürüşmə şənbə günü axşam Cənubi Nias dairəsində 100 metr hündürlüklü təpədə baş verib.

Agentlik rəhbəri Riadil Əhir Lubisin sözlərinə görə, sürüşməyə şiddətli yağışlar səbəb olub. Nəticədə torpaq və daş kütləsi 7 nəfərin olduğu evin üzərinə dağılıb.

"Sürüşmə səbəbindən evdə olan 7 nəfərin hamısı ölüb", - deyə Lubis bildirib.

Təpənin yamacında yaşayan digər sakinlər təxliyyə olunub.

Bundan əvvəl Braziliyada 9 nəfər torpaq sürüşməsinin qurbanı olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.