Dünya

Ərdoğan: "Ər-Riyad Camal Qaşıqçının qatilinin adını bilir"

11 Noyabr 2018 10:10
0 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyəli jurnalist Camal Qaşıqçının qatilləri Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasındadır. Onları hardasa başqa yerdə axtarmağa dəyməz.

Milli.Az report-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Parisə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib.

Türkiyə lideri, həmçinin əmin olduğunu bildirib ki, Səudiyyə Ərəbistanının hakimiyyəti Qaşıqçının qatilinin və ya qatillərinin adlarını bilir.

"Cinayətkarlar qətldən bir gün əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gələn 18 nəfər arasındadır. Əminəm ki, bu şəxslərin dindirilməsi həqiqəti üzə çıxaracaq", - prezident vurğulayıb.

Tanınmış səudiyyəli jurnalist, "Washington Post"un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilib. Türkiyənin Baş Prokurorluğu istintaqın yekunlarına əsasən belə qənaətə gəlib ki, jurnalist planlaşdırılmış qətlin qurbanı olub

Qaşıqçı diplomatik missiyanın binasına girəndən dərhal sonra boğulub. Qatillər daha sonra jurnalistin cəsədini parçalayıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.