ABŞ-ın Ayova ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 4 nəfər həlak olub.
Bildirilir ki, qəza noyabrın 9-u baş verib, lakin təyyarə noyabrın 10-u səhər saatlarında Qatri dairəsində aşkar edilib (Ayova ştatı).
Qəza ilə əlaqədar araşdırma başlanılıb.
Milli.Az