Dünya

Şahzadənin qorxunc “Bəbir qvardiyası”… – BBC-dən sensasion film

10 Noyabr 2018 23:59
2 Şərh     Baxış: 3 893

BBC-nin yayımladığı sənədli filmdə Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təlimatı əsasında həyata keçirilmiş cinayətlərdən bəhs edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, filmdə jurnalist Camal Qaşıqçı və Əli əl-Qaytani cinayətləri ilə yanaşı, həbs edilmiş şahzadələr Mütab bin Abdullah və Vəlid bin Təlala işgəncə verilməsi barədə iddialar yer alıb.

"Vəliəhd şahzadə lupa altında" adlı sənədli filmdə vəkil Mahmud Rüfət bin Salmanın "qara qutusu" adlandırılan polkovnik Əli əl-Qaytaninin şahzadənin təlimatı ilə "Ritz Çarlton" mehmanxanasında öldürüldüyünü iddia edir. O, sözügedən mehmanxanada bir çox iş adamı, şahzadə və nüfuzlu şəxslərə işgəncə verildiyini bildirib.

Filmdə Əli əl-Qaytaninin öldürüldükdən sonra boynu qırılmış halda xəstəxanaya gətirildiyi və ailəsinin baş verənləri gizlətməsi üçün təhdid etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bin Salmanın "Bəbir qvardiyası" adlı və müxaliflərin oğurlanması, yaxud öldürülməsi üçün xüsusi olaraq qurulmuş 50 nəfərdən ibarət qrupunun olduğu deyilib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    . · 11 Noyabr 10:4530

    chaqqalin "bebir qvardiyasi" daha dogru olardi

    Cavab yaz
  • Anonim
    Asdf · 11 Noyabr 13:4810

    Ereb tefekkuru. Kuchelerde chox goruruk

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.