Dünya

Səudiyyədə gizli edam əmri: 12 məhkumdan xəbər yoxdur

10 Noyabr 2018 23:49
1 Şərh     Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında həbs edilmiş 12 şiə məhkum edam ediləcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatı (BƏT) məlumat yayıb.

Məlumatda bildirilir ki, barələrində ölüm hökmü verilmiş 12 şiə məhkum Səudiyyə kralına bağlı gizli dövlət təhlükəsizlik xidmətinin binasına göndərilib. Məhkumların edam edilməsi üçün kralın əmri gözlənilir.

BƏT-in Yaxın Şərq və Şimali Afrika ofisinin direktoru Həba Murayif ailələrinə məhkumlar haqda məlumat verilmədiyini açıqlayıb:

"Məhbusların ailələri məlumat azlığı və hadisənin gözlənilmədən bu formada inkişaf etməsinə görə dəhşət içindədir. Səudiyyə Ərəbistanında məhkəmələrin gizli şəkildə aparıldığını nəzərə alsaq, 12 nəfərin edam ediləcəyindən, bəlkə də artıq edam edildiyindən qorxuruq".

Qeyd edək ki, 2013-2014-cü illərdə Səudiyyə Ərəbistanında 32 şiə məzhəbli şəxs edam edilib.

2016-cı ildə isə kral ailəsinə müxalif mövqedə dayanmış şiə lider Nimr əl-Nimr və 46 nəfər edam edilərək öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.