Dünya

Koçaryanın vəkilləri Avropa məhkəməsinə müraciət etdilər

10 Noyabr 2018 23:43
1 Şərh     Baxış: 546

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri müdafiənin təmin edilməsi hüququ məsələsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə vəkillərdən biri - Aram Orbelyan bildirib.

O qeyd edib ki, məhkəmə zamanı hakimlərə ciddi təzyiq göstərilib və hətta onların qanuni qərar çıxardıqları təqdirdə barələrində qərəzli ittihamlar səsləndirilib. Onun sözlərinə görə, sosial şəbəkələrdə Koçaryanın vəkilləri təhdid edilir, hakim dairələr isə onların mühafizəsi üçün heç bir tədbir görmür.

Xatırladaq ki, Ermənistanın sabir prezidenti Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu zorla devirməkdə ittiham olunur. O həbs edilsə də, daha sonra Yerevanın Apellyasiya məhkəməsinin qərarı ilə azad olunub.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aran Qarabağlı · 11 Noyabr 10:4500

    Bəs, Qarabagdan hərbi genosidlə qovulmuş Azərbaуcan ailələri, icmaları və dovləтi nə vaxт Avropa Məhkəməsində Koçarуan, Sarqуsan və digər əli qanlı işgalçılara qarşı iddialar qaldıracaqlar? Əks halda, onlar cinaуəт orтaqları saуılmırmı?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.