Dünya

Fransa prezidentini bıçaqla vuracaqlarmış - TƏFƏRRÜAT

10 Noyabr 2018 22:12
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın prezidenti Emmanuel Makrona sui-qəsd Birinci Dünya Müharibəsinin qurtarmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasim zamanı həyata keçirilməliymiş.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə ilə bağlı saxlanılan 4 şübhəli dindirilmə zamanı hər şeyi etiraf ediblər və sui-qəsd hazırlığının təfərrüatı barədə danışıblar. Onların sözlərinə görə, 62 yaşlı keçmiş sahibkar Jan Pier B. prezidentə noyabrın 7-də Şarlevil-Mezyer şəhərində bıçaqla hücum etməyi planlaşdırırmış.

Axtarışlar zamanı Jan Pier B. nin avtomobilindən keramik bıçaq tapılıb.

Qeyd edək ki, noyabrın 6-da Fransa prezidentinə sui-qəsd planlayan 6 nəfər saxlanılıb. Sonra onlardan ikisi azadlığa buraxılıb.

Xatırladaq ki, bu Fransa prezidentinə qarşı hazırlanmış ilk sui-qəsd hadisəsi deyil. Ötən ilin iyul ayında da 23 yaşlı gənc prezidentə sui-qəsd etməyi planlaşdırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.