Dünya

Obama: “Onu bağışlamayacağam!”

10 Noyabr 2018 22:08
0 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama bioqrafiyasının yer aldığı "Becoming" kitabının işıq üzü görəcəyi ərəfədə ABC telekanalına müsahibə verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mişel Obama Barak Obama ilə övlad sahibi olmaq üçün yaşadıqları çətinliklərdən də danışıb.

Xanım Obama övlad sahibi olmaq üçün süni mayalanma əməliyyatına müraciət etdiyini də açıqlayıb.
Obama kitabında, Çikaqoda böyüdüyü illərdən, irqçiliyə məruz qalmasından və ABŞ-ın ilk qara dərili birinci ledisi olmasından da söz açıb. Kitabda Ağ Ev-də keçən günlərindən danışan Mişel, Donald Trampa olan nifrətini də qeyd edib.

Mişel Trampın illərlə davam edən və Barak Obamanın Amerika vətəndaşlığını şübhə altında qoyan doğum şəhadətnaməsi polemikasını və bunu seçki kompaniyası zamanı vasitə kimi istifadə etdiyini təhlükəli olaraq qiymətləndirib.

"Doğum şəhadətnaməsi hadisəsi pis niyyətli və əxlaqsızca olan bir məsələ idi. Radikal və çılğın siyasi meylləri olan qəribə tipləri qəsdən qızışdırmaq məqsədi daşıyan təhlükəli addım idi. Ağlı yerində olmayan biri silahı əlinə götürüb Vaşinqtona gəlsə, qızlarımızın arxasınca düşsəydi necə olacaqdı? Tramp belə düşüncəsiz addımları ilə ailəmi təhlükəyə atdı. Buna görə onu heç vaxt bağışlamayacağam" - deyə Mişel Obama bildirib.

O, Trampın prezident seçkilərini qazandığı zaman şoka düşdüyünü və qadınların Hillari Klinton əvəzinə qadın düşməni olan bir prezident seçdiyinə inanmadığını dilə gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.