Dünya

Zamirə Hacıyeva London küçələrində: Məni tək buraxın - FOTO

10 Noyabr 2018 20:51
0 Şərh     Baxış: 2 124

8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva "Charing Cross" polis bölməsində imza verməyə gəlib. Bu zaman o, jurnalistlərin sualını cavablandırmayıb. "Məni tək buraxın",- deyə o jurnalistlərin sualına cavab verməkdən imtina edib, üzünü də kağız ilə gizlədib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onu izləyənlər arasında azərbaycanlı jurnalist də olub. Onun da suallarına Zamirə Hacıyeva cavab verməyib.

Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.