Dünya

"Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının tərəfdarları ölkədə genişmiqyaslı aksiyalara başlayır

9 Noyabr 2018 23:24
0 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının üzvləri və tərəfdarları "Mən azadlığı müdafiə edirəm" hərəkatının təşkilatçılığı ilə noyabrın 11-dən ölkədə genişmiqyaslı aksiyalara başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aksiya prezident seçkilərinin ikinci turunadək ölkənin bütün böyük şəhərlərində keçiriləcək.

İlk aksiyanın noyabrın 11-də saat 17:00-da Tbilisidəki Respublika meydanında keçirilməsi planlaşdırılıb.

Tbilisi sakrebulunun deputatı, "Mən azadlığı müdafiə edirəm" hərəkatının üzvü Vato Şakarişvili jurnalistlərə bildirib ki, aksiyanın əsas məqsədi əhalini "Vahid Milli Hərəkat" partiyasının hakimiyyətə gəlişinə etiraz etməyə səsləməkdir.

Regionlarda ilk tədbir noyabrın 11-də Telavi şəhərində reallaşacaq. Sonra isə Batumi, Kutaisi, Rustavi və digər şəhərləri əhatə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.