Dünya

İrandan növbəti həmlə: Azərbaycanlılara yeni qadağa

9 Noyabr 2018 18:29
0 Şərh     Baxış: 3 208

Təbriz Azad Universitetinin "Açıq Söz" nəşri 6 sayı çıxdıqdan sonra qadağa ilə üzləşib.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, "Açıq Söz"ün 7-ci sayı bu ay işıq üzü görməli idi, lakin Təbriz Universitetinin Mətbuata Nəzarət Komitəsi onun nəşr olunmasına icazə verməyib. "Qırmızı xətləri keçmək" nəşrə qoyulan qadağanın səbəbi kimi göstərilib.

Məlumata görə, Universitetin Mədəniyyət işləri üzrə bölümü 7-ci sayın məzmunu ilə tanış olduqdan sonra onun nəşrinə qadağa qoyub.

Mövzu ilə bağlı nəşrin məsulları Teleqram kanallarında məlumat yayıblar: "Açıq Söz"ün lisenziyası ləğv olunmayıb. Lakin hələlik dəqiq açıqlanmayan səbəblərə görə 7-ci sayımızın nəşri təxirə düşüb".

Qeyd edək ki, bir neçə gün əvvəl Marağa Universitetinin "Elin" tələbə dərgisinin fəaliyyətinin dayandırılması haqda da qərar qəbul olunub.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.