Dünya

Türkiyədə 103 hərbçi ilə bağlı mühüm qərar - Artıq 74-ü saxlanıldı

9 Noyabr 2018 15:19
0 Şərh     Baxış: 791

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində xidmət edən hərbçilərlə əlaqəsi istiqamətində aparılan araşdırmalar davam etdirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təşkilatla əlaqədə şübhəli bilinən 2 polkovnik, 2 podpolkovnik, 6 mayor, 14 kapitan, 21 baş leytenant, 7 leytenant, 47 starşina və 4 serjant olmaqla ümumilikdə 103 hərbçi barədə saxlanılmaq qərarı verilib. 

32 vilayətdə aparılan əməliyyat zamanı indiyə qədər artıq 74 şübhəli saxlanılıb. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.