Dünya

İranda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

8 Dekabr 2018 22:06
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Zahedan şəhər prokurorluğuna istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış baş verib və nəticədə 2 nəfər ölüb, daha 42-si yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.