Dünya

Qayınana gəlinini diri-diri basdırıb, üstünə beton tökdü - Qeyri-adi səbəb - FOTO

9 Noyabr 2018 11:19
5 Şərh     Baxış: 9 631

Qayınana ilə qayınata birləşərək gəlinlərini diri-diri basdırıblar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, kirayə verilmiş evin həyətindən, betonun altındakı 2 metr dərinlikdən gəlinin qalıqları tapılıb.

Məhkəmədə qeyd olunan məlumata görə cəsəd elə halda olub ki, barmaq izi vasitəsi ilə kimlik güclə müəyyənləşdirilib.

Braziliyanın Sao Paulo şəhərində qayınana ilə qayınata birləşərək oğullarından ayrılmış gəlinləri Marcia Mirandanı diri-diri basdırıb, üstünə beton töküblər. Onlar bu əməli nəvələri onlarla birlikdə qalsın deyə törədiblər.

Belə ki, 60 yaşlı Maria Izilda ilə 62 yaşlı Fernando de Oliveira keçmiş gəlinləri ilə görüş təyin ediblər. Sonra ona yeni tutduqları kirayə evi göstərmək bəhanəsi ilə hadisənin baş verdiyi yerə aparıblar. Ər ilə arvad gəlinlərini həyətdə qazdıqları quyuya diri-diri basdırıblar.

Autopsiya nəticələrindən məlum olub ki, o, basdırılarkən diri olub və oksigen çatışmazlığından ölüb.

Qadın oktyabr ayının 2-dən itkin düşsə də, ekspertiza nəticələri ayın axırı çıxıb. Ər-arvad cinayət törətdiklərinə görə həbs olunublar.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Əsranur · 9 Noyabr 12:01131

    Nəvənin anasını istəməyən,ondan dünyaya gəlmiş nəvəni istəyir guyaa...

    Cavab yaz
  • Anonim
    # · 9 Noyabr 12:10130

    Gedin çürüyün axmaqlar insanlıqdan xəbəri olmayan məxluqlar uşaq üçün ən dəyərli varlıq onun anasıdır

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 9 Noyabr 14:0660

    Dehwet. Demeye soz tapmiram(((

    Cavab yaz
  • Anonim
    SEVİL · 9 Noyabr 17:0030

    Belə vəhşi xislətli insanlar nəvəyə necə məhəbbət verə bilərdi??

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 17:3220

      Boş söhbətdir,Seva.Öldürüblər,adını da belə qoyublar.Guya,yaxşı nənə-babadır.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.