Dünya

Səlim adlı həkim 1300 nəfəri təhlükəli xəstəliyə yoluxdurdu - VİDEO

8 Noyabr 2018 22:12
1 Şərh     Baxış: 4 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada həkim-anestezioloqun əməlinin "qurbanlar"ının sayı artmaqdadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun hepatit C xəstəliyinə yoluxdurduğu insanların sayının 1300-ə çata biləcəyi istisna olunmur.

Hazırda bu xəstəliyə yoluxmanın təsdiq olunmuş halların sayı 45-dir.

Həkim barədə məlumat açıqlanmasa da, onun adının Səlim olduğu bildirilir. Qeyd olunur ki, o, məqsədli şəkildə insanları bu təhlükəli xəstəliyə yoluxdurub.

Məlum olub, xəstələr infeksiyaya əməliyyat zamanı yoluxub. Bütün hallarda anestiziya prosedurunu Səlim adlı həkim keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.