Dünya

Nazir açıqladı: Pensiyaları qaldıra bilmərik

8 Noyabr 2018 21:54
0 Şərh     Baxış: 2 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər bütün dövlət orqanlarını ləğv edib hamımız evimizə getsək belə, Gürcüstanda pensiyaların məbləğini 400 lariyə qaldıra bilmərik. Büdcə vəsaitimiz buna imkan vermir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Gürcüstan maliyyə nazirinin müavini Qeorqi Kakauridze ölkə müxalifətinin pensiyaların 400 lariyə qədər artırılması ilə bağlı seçkiöncəsi vədinə münasibət bildirərkən söyləyib.

Q.Kakauridzenin sözlərinə görə, "Vahid Milli Hərəkat" partiyasının pensiyaların 400 lari məbləğinə qaldırılması ilə bağlı verdiyi vədlər real deyil. "Ona görə ki, büdcədə o qədər vəsait yoxdur", - deyə nazir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.