Dünya

Kaliforniyadakı faciə ilə bağlı dövlət bayraqları endiriləcək

8 Noyabr 2018 21:12
0 Şərh     Baxış: 296

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində 12 nəfərin ölümü ilə nəticələnən fəciəvi hadisə ilə əlaqədar noyabrın 10-da dövlət bayraqlarını endirmək barədə göstəriş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ağ evin Mətbuat xidmətinin məlumatında bildirilir.

"Noyabrın 7-də baş verən dəhşətli hadisənin qurbanlarının xatirəsi üçün Ağ evin, bütün dövlət binalarının üzərindəki dövlət bayraqlarının endirilməsini əmr edirəm", - dövlət başçısının imzaladığı sənəddə qeyd edilir.

Qeyd edək ki, ötən axşam "Borderline Bar and Grill" barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar özü də məhv edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.