Dünya

Misirdə "soyuq silah" gəzdirməyə görə cəzanı sərtləşdirəcəklər

9 Noyabr 2018 08:07
0 Şərh     Baxış: 302

Misirin Nümayəndələr Palatası "Silah haqqında" Qanuna düzəliş edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, düzəliş layihəsinə əsasən, müvafiq lisenziya olmadan "soyuq silah" əldə edilməsinə və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə cəzanın sərtləşdirilməsi nəzərdə tutulur. Bu qayda müvafiq icazəsi olmadan "soyuq silah", tapança və tüfənglərın idxalı, istehsalı və ya alveri ilə məşğul olan bütün şəxslərə də tətbiq ediləcək.

Düzəlişlərə əsasən, müvafiq icazə olmadığı halda soyuq silah alınmasına və gəzdirilməsinə görə azı üç ay müddətinə azadlıqdan məhrumetmə və 500 Misir funtundan (təxminən 28 dollar) və 5 min Misir funtuna qədər (təxminən 280 dollar) cərimə nəzərdə tutulur. Bu cür silahların alınmasına və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə azı 6 ay azadlıqdan məhrumetmə və 1 min Misir funtundan (təxminən 56 dollar) 10 min Misir funtuna qədər (təxminən 560 dollar) cərimə nəzərdə tutulur. Bundan əlavə, "soyuq silah", səsli və pnevmatik tüfənglər və tapançalar, habelə onlar üçün döyüş sursatı alverinə, idxalına və ya istehsalına görə azı 1 il azadlıqdan məhrumetmə və 10 min Misir funtundan (təxminən 560 dollar) 50 min Misir funtuna qədər (təxminən 2800 dollar) cərimə nəzərdə tutulur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.