Dünya

Mahmud Əhmədinejad necə oldu ki, repə meyl saldı?

8 Noyabr 2018 22:05
2 Şərh     Baxış: 2 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın keçmiş ziddiyyətli prezidenti Mahmud Əhmədinejad aktiv Twitter istifadəçisinə çevrilib.

Özünün təlatümlü səkkiz illik prezidentliyi müddətində o, Holokostu "əfsanə" adlandırmaq, geylərin mövcudluğunu inkar etmək və nəhayət Twitter-i yasaqlamaqla qəzet başlıqlarına çıxmışdı.

İndi isə o meydana qayıdıb və həm də dünya platformasının ingilisdilli hesabından istifadə edir - Amerika futbolundan tutmuş Latın Amerikası siyasətlərinə, Serena Williams-ın geyimlərindən tutmuş öz ad gününə qədər ən müxtəlif mövzularda postlar yazır.

Presentational white space

O 2017-ci ilin yanvarından @Ahmadinejad1956 hesabı ilə Twitter-ə qoşulandan bəri 76 mindən çox izləyici toplayıb.

O özü də Argentina futbolçusu Diego Maradona, ABŞ basketbol ulduzu LeBron James, Venesuela prezidenti Nicolas Maduro və Ku Kluks Klan-ın keçmiş böyük sehrbazı David Duke kimi "seçilmiş" insanların izləyicisidir.

Ötən ay Əhmədinejad ABŞ-dakı yoxsulluqdan söz açmaqla və Amerika repperi Tupac Shakur-un misralarından sitat gətirməklə mediada kiçik bir tufan yaratmışdı.

Presentational white space

Elə isə nə baş verir? Bir vaxtlar tipik İran sərt hərəkət xəttinin tərəfdarı kimi tanınan bir adam indi siyasi fəalların yeni nəsli, qlobal sosial media istifadəçilərinə necə müraciət edir?

Cənab Əhmədinejadın tvitlərinin sirrini onun təzələnmiş siyasi təmənnalarında axtarmaq lazımdır.

Keçmiş prezident 2009-cu ildən bəri olduqca bölücü bir fiqur olub. Onun mübahisəli bir şəkildə təkrar seçilməsi 1979-cu il inqilabından bəri İranda ən böyük etiraz dalğası yaratmışdı.

Milyonlarla insan yeni seçki tələb etsə də, ali rəhbər Ayətullah Əli Xameneyi nəticələrin legitim olduğunu bildirmiş və etiraz edənlərə qarşı sərt tədbirlərə sanksiya vermişdi. Bu hücum nəticəsində onlarca müxalifətçi həlak olmuş, minlərlə etirazçı həbsxanalara salınmışdı.

Ötən il cənab Əhmədinejad Əli Xameneyinin xəbərdarlıqlarına baxmayaraq prezidentliyə namizədliyini vermək və mötədil prezident Həsən Ruhaniyə rəqib olmaq istəmişdi. Ali rəhbər bildirmişdi ki, belə bir addım "nə onun, nə də ölkəsinin marağında deyil". Lakin ipə-sapa yatmayan keçmiş prezidentin namizədliyini sonunda Nəzarət Şurası bloklamışdı.

Amma belə görünür ki, ABŞ prezidenti Donald Trump-ın cənab Ruhani ilə imzalanmış tarixi nüvə sazişindən çıxması və ölkə üzərinə boğucu sanksiyaları təkrar tətbiq etməsi cənab Əhmədinejada fürsət verib.

Özünü "ər, ata, baba, universitet professoru, prezident, mer və vüqarlı iranlı" kimi təqdim edən Əhmədinejad belə görünür, qlobal siyasət səhnəsinə qayıtmaq əzmindədir.

Presentational white space

İngilis dilini bilməyən keçmiş prezident təbiidir ki, Tweet-dəki ingiliscə mesajlarını özü yazmır. Lakin bu mesajlardakı ruh əlbəttə, onun özünə məxsusdur.

Bütün prezidentliyi ərzində Əhmədinejad xüsusi bir şəxsi fəlsəfəyə əməl edirdi. O dini ideologiyanı özünün İran millətçiliyi, antiimperializmi və mistisizmi ilə üzvü şəkildə birləşdiridi.

Bu dünya baxışı onu solçu siyasətlər və başqa ölkələrdəki milli-azadlıq hərəkatlarına və əlbəttə ki, venesuelalı Hugo Chavez-ə və boliviyalı Evo Moralesə yaxınlaşdırırdı. Onun belə yaxınlığı bəzən İranın mühafizəkar hakimiyyətinin o qədər də xoşuna gəlmirdi.

Presentational white space

@Ahmadinejad1956 ünvanı heç şübhəsiz ki, beynəlxalq auditoriyanı hədəfləyir, amma cənab Əhmədinejadın həm Twitter, həm də Telegram platformlarında farsdilli hesabları da var. Telegramdan İranda 40 milyon insanın istifadə etdiyi təxmin olunur. Bu, ölkə əhalisinin az qala yarısı deməkdir.

Ana dilindəki hesablarından Əhmədinejad daha kəskin siyasi postlar yazır və ölkədəki rəqiblərini sərt tənqid edir.

Ötən ay o internetlə ölkənin ali rəhbəri Ayətullah Xameneyiyə məktub göndərib və mühafizəkar təsisatın ürəyindəki iki qüdrətli siyasi ailəni tənqid atəşinə tutub.

O, ədliyyənin başçısı Ayətullah Sadeq Laricanini və onun qardaşı, parlamentin spikeri Əlini "qanunlara hörmətsizlikdə" ittiham edib:

"Onlar heç bir sübut olmadan adamları ciddi cinayətlərdə ittiham edirlər. Ədliyyə rəsmiləri siyasi partiya üzvləri kimi şərhlər verirlər".

Ölkənin hakim elitasının bu cür tənqid edilməsi bəzi iranlıların ürəyindən tikan çıxarır.

Bir başqaları üçünsə bu 2009-cu ilin prezident seçkisinin ardınca baş vermiş kütləvi etirazlardan sonra fərqli düşüncənin üzərinə hücumlara rəhbərlik etmiş birisinin riyakarlığından başqa bir şey deyil.

Presentational white space

Buna görə də cənab Əhmədinejadın öz populyarlığını internet vasitəsilə dirçəldə bilib-bilməyəcəyi hələ məlum deyil.

Lakin onun daxildə və xaricdə qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda adi insanların hüquqlarının müdafiəsi üçün yazdığı sadə mesajlar hər halda öz işini görür.

Həm də populist siyasət zəmanəsində cənab Əhmədinejadın gözlənilməz və düznəqulu bəyanatları ona "xalqın adamı" adını qazandırmağa başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.