Dünya

Balaban üçün konsertin dünya premyerası: azərbaycanlının əsəri ayaqda alqışlandı - FOTO

8 Noyabr 2018 12:56
3 Şərh     Baxış: 1 981

Dünyada ilk dəfə azərbaycanlı pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə tərəfindən balaban və simfonik orkestr üçün bəstələnmiş konsertin dünya premyerası noyabrın 3-də ABŞ-ın Kalifornia ştatının Monterey şəhərində gerçekləşdi.

Milli.Az bildirir ki, Azərbaycan kökənli amerikalı dirijor Fərhad Xudiyevin rəhbərliyi ilə Monterey Gənclik Simfonik Orkestri ilə balaban ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nicat Məsimov, milli zərb alətlərində Azərbaycanın Xalq Artisti Natiq Şirinov, pianoda isə əsərin müəllifi Abuzər Manafzadənin solistliyində ifa edilən əsər amerikalı dinləyicilər tərəfindən ayaqda alqışlandı.

"Balaban və simfonik orkestr üçün konsertin" dünya premyerası səbəbi ilə Monterey şəhərinin küçələri Azərbaycan bayraqları ilə bəzəndi. Bütün biletlerin günlər öncəsindən bitdiyi, yüzlərcə insanın isə biletsiz olduqları üçün zala girə bilmədiyi bu konsert eyni zamanda dünya səhnələrində çox nadir görülən bir olaya da səbəb oldu. 3 hissəli əsərin daha 1-ci hissəsinin sonunda dinləyicilər əsəri və solistləri ayaqda alqışladılar.

Abuzər Manafzadə 2013-cü ildə bəstələdiyi balaban və simfonik orkestr üçün yazılmış ilk konsert olan bu əsərini Azərbaycan Respublikasının 100 illiyinə ithaf etdiyini və musiqi tariximizdə bir ilkə imza atdığı üçün çox həyəcanlı olduğunu bildirib.

Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi hazırda dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili alan ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhəri Anton Bruckner Universitetində piano magistratura təhsilinə davam etməkdədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    KATE · 8 Noyabr 14:0800

    MAŞALLAH

    Cavab yaz
  • Anonim
    sureüüa · 8 Noyabr 14:4100

    Allah yolunuzu acıq etsin. Bundanda yuksək zrvələrə ycalasınız.

    Cavab yaz
  • Anonim
    as · 8 Noyabr 16:2300

    Halal olsun. sesin hemişe yükseklerden gelsin .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.