Dünya

Kolumbiyada aeroportda zəhərli qurbağalar tapıldı, sən demə...

8 Noyabr 2018 13:58
0 Şərh     Baxış: 1 251

Kolumbiya aeroportunda yüzlərlə nadir cinsli zəhərli qurbağanın ölkədən çıxarılmasının qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, polis qaçaqmalçıların qurbağaları Avropaya keçirməyə cəhd etdiklərini bildirib.

Saxlanılan qurbağaların sayının 216, ümumi dəyərinin isə qara bazarda təxminən 382 min dollar olduğu qeyd edilir.

Polis qutularda gizlədilmiş qurbağaların ayaqyoluna atıldığını deyib. İlkin ehtimal olaraq onların Almaniyaya keçiriləcəyi bildirilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.