Dünya

Castin Tryudo yəhudilərə görə üzr istəyib

8 Noyabr 2018 08:30
0 Şərh     Baxış: 488

Kanadanın baş naziri Castin Tryudo İcmalar Palatasında çıxışında bu ölkənin 1939-cu ildə "Sent-Luis" gəmisi ilə nasist Almaniyasından gələn yəhudiləri qəbul etməməsinə görə üzr istəyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə baş nazirin rəsmi saytı məlumat yayıb.

"Bu gün mən icmalar Palatasında Kanadanın yəhudi qaçqınların ölkəyə girişinə icazə verməməsi ilə bağlı çoxdan vaxtı çatmış üzrxahlıqla bağlı çıxış edirəm. Üzr istəyərək səmimi qəlblə ümid edirəm ki, biz tariximizin ağır dövrünə işıq sala bilərik ki, bu dərsin heç vaxt yaddan çıxmamasını təmin etsin. Dünyada antisemitizmə, ksenofobiyaya və bu ölkədə yer yoxdur", - deyə Tryudo bildirib.

1939-cu ildə "Sent-Luis gəmisi Almaniyanı tərk edib. Onun göyərtəsində yəhudi qaçqınlar olub. Kuba, ABŞ və Kanada onları qəbul etməkdən imtina edib.

Qaçqınlar bundan sonra Avropaya qayıtmağa məcbur olublar. Onları Britaniya, Fransa, Belçika və Niderland qəbul edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.