Dünya

Rusiyada 40-dan çox uşağın qatili ölüb - FOTO

8 Noyabr 2018 08:10
0 Şərh     Baxış: 1 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada 40-dan çox uşağı öldürmüş ukraynalı manyak, silsilə qətllər törətmiş Sergey Tkaç 66 yaşında ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, o, Jitomir həbsxanasında ürək çatışmazlığından vəfat edib. Əslən Kemerovo vilayətindən olan Tkaç öz cinayətlərini Krım, Zaporojye, Xarkov və Dneprpetrovsk vilayətlərində həyata keçirib.

Təhqiqatçıların və kriminalistlərin sözlərinə görə, o, 1984-2005-ci illərdə 55 dəfə xüsusi amansızlıqla cinayətlər törədib. Bunlar qətllər, öldürmək üçün adam oğurluğu, zorakılıq və bu məqsədlə insan oğurluğudur. O, bu əməllərinə görə azadlıqdan ömürlük məhrum edilib.

Qatilin qurbanları daha çox yeniyetmə qızlar olub.

Manyak özü isə qurbanlarının dəqiqi sayını bilmədiyini, bu rəqəmin hətta 60-dan çox ola biləcəyini etiraf edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.