Dünya

Kral çıxılmaz vəziyyətdə: tüpürməlidir, yoxsa...

7 Noyabr 2018 20:38
0 Şərh     Baxış: 537

Belçikanın sabiq kralı II Albertin qeyri-rəsmi nikahdan qızı olduğunu iddia edən sənətçi Delfin Boöl bunu sübut etmək üçün DNK analizinin aparılmasını tələb edib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb. Delfin həmçinin kralın qızı olduğu üçün mirasdan ona da pay verilməsini istəyib.

Boölün anası Barones Sibille de Selys Lonqçamps kral II Albertin məşuqəsi olduğunu və münasibətlərinin 1966-cı ildən 1984-cü ilə qədər davam etdiyini iddia edib: "Bir infeksiya səbəbindən uşaq sahibi ola bilməyəcəyimi düşündüm, bu səbəbdən də qorunmadıq. 1968-ci ildə Boöl dünyaya gəldi və 18 yaşında atasının kim olduğunu öyrəndi".

Sabiq kral isə sözügedən iddiaları rədd edib. Məhkəmə DNK analizinin aparılması üçün kralın tüpürcəyinin verilməsini tələb edir. Kral bundan boyun qaçırsa, iddialar öz təsdiqini tapmış hesab ediləcək və Delfin qeyri-rəsmi varis kimi mirasdan pay alacaq.

Milli.Az
 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.