Dünya

Rusiyada təyyarə məcburi eniş etdi - Siqaret çəkən şəxsə görə

7 Noyabr 2018 19:58
1 Şərh     Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Maqas şəhərindən Moskvaya uçan təyyarə məcburi eniş etməli olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb göyərtədə sərnişinin siqaret çəkməsi olub.

"Pobeda" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri siqaret çəkməyə başlayıb. Nəticədə pilot təyyarəni Volqoqradda endirmək qərarı alıb.

Qaydanı pozan şəxs polis tərəfindən saxlanıldıqdan sonra təyyarə Moskvaya yolunu davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.