Dünya

İstanbul Konvensiyası Çexiya deputatları arasında fikir ayrılığına səbəb olub

7 Noyabr 2018 22:47
0 Şərh     Baxış: 519

Çexiya Deputatlar Palatasında Ailə zorakılığına qarşı mübarizə haqqında İstanbul Konvensiyasının tərəfdarları və əleyhdarları arasında ideoloji münaqişə yaranıb. Bu sənədi imzalamış ölkələrin hökumətləri üzərinə qadınlara münasibətdə zorakılığın bütün formalarına qarşı mübarizə məqsədilə konkret tədbirlər görmək öhdəliyi qoyulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədin mətnində bəzi ifadələr Çexiyada birmənalı qəbul edilməyib. Konvensiyanın əleyhdarları parlamentdə bildiriblər ki, "bu konvensiya qadınlara kişilərdən daha çox hüquq verir. Onun qəbul edilməsi Çexiyada ənənəvi ailə anlayışını kökündən dəyişərdi". Qeyd edək ki, Slovakiya bu sənədi ratifikasiya etməyə razılıq verməyib. Konvensiya Ukraynada da qızğın diskussiyaya səbəb olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.