Dünya

Rusiya ilk üzən nüvə stansiyasını istifadəyə verib

7 Noyabr 2018 23:15
0 Şərh     Baxış: 800

Rusiya özünün ilk üzən nüvə stansiyasını istifadəyə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın "Rosatom" Dövlət Korporasiyası ilk üzən nüvə stansiyasını istifadəyə verib. "Akademik Lomonosov" adlı nüvə stansiyasının sağ reaktoru tam gücünə çatıb.

Sankt-Peterburqdakı Baltik zavodunda istehsal olunan nüvə stansiyası liman şəhərləri, böyük sənaye müəssisələri, dənizdəki neft və qaz hasil edən obyektlərin elektrik enerjinə olan tələbatını təmin etmək üçün nəzərdə tutulub. İki reaktordan ibarət stansiya 70 meqavat elektrik enerjisi istehsal edə bilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.