Dünya

İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib

7 Noyabr 2018 22:00
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmonavtika Qüvvələrinin şərti adı "Vilayət 97" olan hərbi təlimləri çərçivəsində ilk dəfə olaraq "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator-radar sistemi sınaqdan keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təlimlər zamanı, həmçinin "Fəcr" kəşfiyyat lokatoru, "Rəəd" elektron kəşfiyyat lokatoru və "Kruz" raketlərin izlənməsi sistemləri də sınaqdan keçirilib. İranın milli istehsalı olan bu hərbi sursatlar düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi imkanlarına malikdir.

Xatırladaq ki, noyabrın 6-da İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin geniş hərbi təlimləri başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.