Dünya

Rusiyanın 11 şəhəri qana boyanacaqdı - Kəşfiyyat şefi DETALLARI AÇDI

7 Noyabr 2018 21:30
0 Şərh     Baxış: 2 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) futbol üzrə dünya çempionatında terror aktlarının həyata keçirilməsi üçün pilotsuz təyyarələrdən istifadə etməyə çalışan terrorçuların cəhdlərinin qarşısını alıb.

Milli.Az xəbər verir ki, bu haqda xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının rəhbərlərinin müşavirəsində FTX-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, idarə xarici azarkeşlərə hücumları planlaşdıran 7 qruplaşmanı ifşa edib. Bortnikov qeyd edib ki, terrorçuların nəzarətsiz olması terror üçün dronların tətbiqi ilə nəticələnə bilərdi.

Qeyd edək ki, futbol çempionatı 2018-ci ilin 14 iyun-15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçirilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.