Dünya

Ermənistan KTMT-nin baş katibi postuna namizədin adını açıqlayıb

7 Noyabr 2018 15:39
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkə Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, Yuri Xaçaturovun yerinə yeni namizədin Ermənistan nümayəndəsinin olmasına rəsmi Yerevan israr edəcək.

Ermənistan tərəfi iddia edir ki, baş katib vəzifəsi üçilliyinə nəzərdə tutulub və bu müddət hələ başa çatmayıb.

Xatırladaq ki, noyabrın 8-də Astanada KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Bu yığıncaqda baş katib məsələsi də müzakirə olunacaq.

Yuri Xaçaturov 2008-ci il martın 1-də Yerevanda keçirilən etiraz aksiyalarının dağıdılmasına ordunu cəlb etməkdə ittiham olunur.

Vaqarşak Arutyunyan 1956-cı il aprelin 28-də Gürcüstanın Axalkalaki bölgəsində anadan olub. 1978-ci ildə Azərbaycanda Xəzər Ali Hərbi-Dəniz Məktəbini bitirib. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.