Dünya

ABŞ-da ilk dəfə Konqresə müsəlman qadınlar seçiliblər

7 Noyabr 2018 12:23
0 Şərh     Baxış: 393

ABŞ Konqresinə ilk dəfə müsəlman qadınlar seçiliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, seçki dairələrində praymerizi qazanmış Demokratlar Partiyanın nümayəndələri Rəşidə Tlaib (Miçiqan) və İlhan Omar (Minnesota) ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlar olublar.

Rəşidə Tlaib Fələstin əsilli amerikalı siyasətçi və vəkildir.

İlhan Omar isə Minnesotadan olan Somali əsilli siyasətçidir.

Qeyd olunur ki, ABŞ Konqresində aralıq seçkilərdə qadın siyasətçilər, ümumiyyətlə, rekord müəyyən ediblər. Belə ki, Konqresə 107 qadın seçilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.