Dünya

13 yaşlı oğlan yaşlı qadının sinəsini kəsib, 4 manatını oğurladı - FOTO

7 Noyabr 2018 10:25
2 Şərh     Baxış: 1 825

Yeniyetmə oğlan nənəsinin rəfiqəsinin sinəsini kəsib, pulunu oğurlayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyada 13 yaşlı oğlan nənəsinin fiziki qüsurlu rəfiqəsini bıçaqlayıb.

78 yaşlı qadının evinə girən oğlan ondan pul tələb edib, 60 dəfə bıçaqlayıb, sinəsini kəsib, 150 rubl (təxminən 4 manat) oğurlayaraq qaçıb.

Dəhşətli hadisə Rusiyanın Çelyabins vilayətinin Çesmenski rayonunun Çesma kəndində baş verib.

Qadının cəsədini səhəri gün qonşular tapıblar.

Məhkəmədən verilən məlumata görə, adı yaşı 18-dən az olduğuna görə mətbuata açıqlanmayan oğlan oğurladığı pulla özünə kontur yükləyib.

7-ci sinifdə oxuyan oğlan polis tərəfindən saxlanılıb.

O, cinayəti və oğurluğu etiraf edib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    .... · 7 Noyabr 10:3240

    gələcəyin biqeyreti boyuyur

    Cavab yaz
  • Anonim
    Qumru · 7 Noyabr 13:3500

    4 manata gore heyati mehv oldu 2 insanin. Adamin qani donur vallah. Bele vehwilik nece formalawir insanlarda cox maraqlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.