Dünya

ABŞ İran şəhərinin adını sanksiyalardan çıxarıb

7 Noyabr 2018 07:39
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını İrana qarşı sanksiyalarının siyahısından çıxardıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ prezidenti Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur.

"Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi", - deyə idarə nümayəndəsi izah edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.