Dünya

Polis rəisinin qızına təcavüz edən həmkarlar ı işdən azad edilib

6 Noyabr 2018 22:53
0 Şərh     Baxış: 2 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstintaqçı qızın qrup şəklində zorlamasında şübhəli bilinən Başqırdıstan polisləri məhkəmənin həbs qərarından narazılıq edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, şübhəlilərin vəkilləri Apellyasiya məhkəməsinə müraciət edib. Ancaq şikayətin baxılma tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, oktyabrın 30-da Ufa rayonunun polis rəisi Eduard Matveyev, Karmaskalin rayonu polis rəisi Salavat Qaliyev və Ufa rayonu polis idarəsinin miqrasiya şöbəsinin rəisi Pavel Yaromçuq 23 yaşlı polis əməkdaşına təcavüz edib.

Hadisə miqrasiya şöbəsinin binasında baş verib. Zərəçəkən polis əməkdaşı Başqırdıstan DİN-nin strukturlarından birinin rəisinin qızıdır.
Hadisə ilə bağlı "Zorlama" və "Seksual xarakterli zorakılıq hərəkətləri" maddəsi ilə cinayət işi açılıb. Şübhəlilər artıq daxili işlər orqanlarından azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.