Dünya

ABŞ onların başına 12 milyon dollar MÜKAFAT QOYDU - FOTO

6 Noyabr 2018 22:28
0 Şərh     Baxış: 979

ABŞ Xarici İşlər Nazirliyi təhlükəli terrorçuların yerini deyənlərə ümumilikdə 12 milyon dollar mükafat vəd edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ PKK terror təşkilatının rəhbəri Murat Karayılanın ələ keçməsi üçün 5 milyon dollar mükafat vəd edib. Həmçinin PKK-nın digər rəhbər şəxsləri Cəmil Bayık (4 milyon )və Duran Kalkanın (3 milyon) yerini deyənlər üçün də mükafatlar nəzərdə tutulduğunu açıqlayıb.

ABŞ Xarici İşlər Nazirliyi PKK liderlərinin fotolarını paylaşaraq "ədalət üçün mükafat" proqramı çərçivəsində onların yerini deyənə mükafat veriləcəyini bəyan edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.