Dünya

Barselona dünyanın elmi diplomatiya paytaxtına çevrilməyə hazırlaşır

7 Noyabr 2018 08:59
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kataloniyanın paytaxtı elm və texnologiyanın qarşılıqlı fəaliyyətinə əsaslanan xarici siyasət planına malik olan ilk meqapolisə çevrilməyə hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 6-da Barselonada dünyada ilk dəfə olaraq, "Elm və texnikada beynəlxalq diplomatiya qovşağı" (Science and Technology Diplomacy Hub) adlı yenilikçi tədbir keçiriləcək. Elm və texnologiyanın qarşılıqlı fəaliyyətinə həsr edilmiş bu tədbir sayəsində Kataloniyanın paytaxtı inkişaf strategiyasını eyni zamanda iki istiqamətdə reallaşdıran ilk şəhər olacaq.

Barselonanın dünya geosiyasət arenasında nüfuzlu aktor hesab edilməsi üçün hər cür əsas var. Son vaxtlar bu şəhər iri elmi texniki mərkəz kimi özünü göstərir: burada biotexnologiyalar inkişaf edib, müvafiq tədqiqatlar üçün Avropa fondlarının investisiyaları cəlb edilir, texnoloji startaplar əsl bum dövrü yaşayır, Superkompüter Mərkəzi, ALBA Sinxrotronu kimi iri tədqiqat mərkəzləri açılır,.

Barselona dövlət paytaxtı olmayan, lakin çoxsaylı konsulluqlar yerləşən şəhərlər arasında dünyada dördüncü yeri tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.