Dünya

Gürcüstan müdafiə xərclərini artırır

6 Noyabr 2018 16:10
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın 2019-cu ilin dövlət büdcəsindən ölkənin Müdafiə Nazirliyinə 870 mln. lari (317 mln. dollardan çox) vəsait ayrılacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti tərəfindən ölkə parlamentinə təqdim olunmuş gələnilki büdcə layihəsində qeyd edilib.

İlkin büdcə layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinə ayrılacaq vəsait 80 mln. lari çoxdur.

Yeni büdcə layihəsində silahların alınması üçün 55 mln. lari həcmində kredit də nəzərdə tutulub.

Gürcüstan Müdafiə Nazirliyinə dövlət büdcəsindən gələn il ayrılacaq vəsait 2018-ci illə müqayisədə 68 mln., 2017-ci illə müqayisədə isə 100 mln. lari çoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.