Dünya

Gürcüstanda mədənçilər etiraz aksiyasını dayandırıb

3 Noyabr 2018 20:28
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Tkibuli şəhərindəki Dzidziquri adına mədəndə etiraz edən 25-ə yaxın şaxtaçı aksiyanı dayandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, mədən rəhbərliyi və Tkibuli meriyası şaxtaçıların tələblərini yerinə yetirəcəklərinə söz veriblər.

Tkibulidəki mədənlərdə istehsalat prosesi bərpa olunana qədər şaxtaçıların əmək haqları tam ödəniləcək. Mədənlərin fəaliyyəti isə dekabr ayından etibarən bərpa olunacaq.

Ötən gün Dzizdziquri mədəninə enən 25-ə yaxın şaxtaçı oradan çıxmayıb. Onlar 300 metr dərinlikdə qalaraq tələbləri yerinə yetirilməyənədək oradan çıxmayacaqlarını bildiriblər. Fəhlələr mədənlərdə istehsalat prosesinin dərhal bərpa olunması və təhlükəsizlik normalarının maksimum təmin olunmasını tələb edirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.