Dünya

Hindistan milli valyutası ilə İrandan neft almaqda davam edəcək

2 Noyabr 2018 22:48
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan özünün milli valyutası - rupi ilə İrandan neft almaqda davam edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Hindistanın neft naziri Dharmendra Pradxan deyib. O bildirib ki, sanksiyalara baxmayaraq Hindistan İran ilə neft ticarətindən imtina etməyəcək.

Nazirin sözlərinə görə, yaxın zamanda Hindistan ilə İran arasında anlaşma imzalanacaq. Bu anlaşmaya əsasən, İrandan alınan neftə görə Hindistanın milli valyutası ilə ödəniş ediləcək. Hazırda Hindistanın Mərkəzi Bankı ilə İranın Pasargard Bankı arasında danışıqlar aparılır. Danışıqların nəticəsində anlaşma imzalanacaq və tərəflər milli valyuta ilə ticarət əlaqələrini davam etdirə biləcəklər.

Xatırladaq ki, Hindistan iri həcmdə neft idxal edən ölkədir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya Hindistanın İrandan neft almaq imkanını məhdudlaşdırıb. Lakin Hindistan ABŞ-ın sanksiyalarına baxmayaraq İrandan neft alacağını bəyan etmişdi. Tərəflər arasında aparılan danışıqlardan sonra milli valyuta ilə neft ticarətinin davam etdirilməsi qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.