Dünya

ABŞ-a getmək istəyən gürcüstanlıların sayı hər il artır

31 Oktyabr 2018 21:53
1 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarına getmək istəyən Gürcüstan vətəndaşlarının sayı hər il artır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, 2018-ci ildə 122 mindən çox Gürcüstan vətəndaşı ABŞ-da daimi yaşayış hüququnun verilməsi qaydalarını şaxələndirən vizaların alınmasına görə lotereya oyunlarında iştirak edib. Bu rəqəm 2017-ci ildə 99 min, 2016-cı ildə isə 74 min təşkil edib. Departamentin məlumatında ölkə əhalisinin sayı 3,7 milyon nəfər göstərilib.

Bildiriblər ki, ABŞ-a üz tutan Gürcüstan vətəndaşlarının sayı 2016-cı ildən başlayaraq artıb. Əvvəlki illərdə bu rəqəm xeyli az olub. 2007-ci ildən 2010-cu ilədək 30 min, 2010-2012-ci illərdə isə 50 min Gürcüstan vətəndaşı daimi yaşayışa icazə verilməsi ilə bağlı ABŞ-a müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.