Dünya

Tanınmış bloqer cütlük təpədən yıxılıb öldü - FOTO

31 Oktyabr 2018 13:26
4 Şərh     Baxış: 4 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evli cütlük 240 metr yüksəklikdən yıxılaraq ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı "Yosemite National Park"da ölüm hadisəsi baş verib.

Səyahət üzrə bloqer kimi fəaliyyət göstərən cütlük-Vishnu Viswanath (29 yaş) və Meenakshi Moorthy (30 yaş), Taft zirvəsindən yıxılıb ölüblər.

Hadisə oktyabrın 24-ü baş verib. Zirvədə tərk edilmiş kamera görən turistlər həmin ərazinin işçilərinə bu barədə xəbər veriblər.

Araşdırmalar nəticəsində məlum olub ki, cütlük 240 metr yüksəklikdən yıxılıb. Onların cəsədləri tapılıb.

Qeyd edək ki, Hindistan vətəndaşı olan cütlük ABŞ-da yaşayıb və onlar Instagram-da "Holidays and Happily Ever Afters" səhifəsini idarə ediblər. Cütlük paylaşımlarının birində "sadəcə bir fotoya görə dəyər" sözlərini yazmışdılar.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.