Dünya

Xabarovskda Azərbaycan mətbəxi təqdim olunub - FOTO

27 Oktyabr 2018 23:18
0 Şərh     Baxış: 2 341

Rusiyanın Xabarovsk şəhərində keçirilən "Sərhədsiz mətbəx" festivalında Azərbaycan təamları təqdim olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Sərhədsiz mətbəx" festivalı Xabarovskda artıq altıncı ildir keçirilir. Festival çərçivəsində Xabarovsk vilayətində yaşayan müxtəlif xalqların milli mətbəx nümunələrinin təqdimat gecələri təşkil olunur.

Bu il Azərbaycan diasporunun keçirdiyi gecədə süfrəyə plov, kükü, dolma, paxlava, şəkərbura və digər nemətlər düzülüb, ustad dərsləri keçirilib. Sonda Azərbaycan milli rəqsləri təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.