Dünya

KİV: Çin İran neftindən imtina edib

26 Oktyabr 2018 23:24
1 Şərh     Baxış: 1 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökuməti öz neft şirkətlərindən İrandan xam neft almamağı istəyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın sanksiyaları ilə əlaqədar "China National Petroleum Corp." ilə "Sinopec"in İrandan neft tədarükünü dayandırdığı bildirilir.

Lakin mənbələrə görə, hər iki şirkətin İrandan neft tədarükünü dayandırması müvəqqətidir. ABŞ-la aparılacaq danışıqlardan sonra tədarük yenidən bərpa edilə bilər.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.