Dünya

"Fransada baş verənlər Avropada demokratiyanın uğursuzluğunu göstərir" - Ərdoğan

8 Dekabr 2018 23:18
0 Şərh     Baxış: 764

Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu və söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb.

"Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Ankara həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşıdır.

Bu gün Fransanın paytaxtı və digər şəhərlərində qiymət və vergi artımına qarşı etiraz aksiyaların davam etdirilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.